AZ

Ağdama növbəti qayıdış var

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.

Herbiand.az xəbər verir ki, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış Bakıdan 20 ailə (76 nəfər); Bərdə rayonundan 17 ailə (68 nəfər); Ağdam rayonunun işğal olunmamış ərazilərindən 8 ailə (36 nəfər); Mingəçevir şəhərindən 5 ailə (16 nəfər); Yevlax rayonundan 3 ailə (10 nəfər); Qəbələ rayonundan 1 ailə (5 nəfər), Oğuz rayonundan 1 ailə (5 nəfər); Ağcabədi rayonundan 1 ailə (4 nəfər); Abşeron rayonundan 1 ailə (3 nəfər); Ağdaş rayonundan 1 ailə (2 nəfər) olmaqla cəmi – 58 ailə (225 nəfər) doğma yurduna qayıdır. 

Bu gün köçürülənlər də nəzərə alınmaqla Ağdam rayonunun Xıdırlı kəndinə cəmi 188 ailə (737 nəfər) qayıtmış olacaq. 

Seçilən
65
4
herbiand.az

10Mənbələr