AZ

Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı

BAKI, 31 iyul. TELEQRAF

Bu gün səhər saatlarında Ağdam rayonunun Xıdırlı kəndinə Bakı şəhərindən və Abşeron rayonundan21 ailə (79 nəfər) “Qobu Park-3” köçkün şəhərciyindən yola salınıb.

Teleqraf xəbər verir ki, sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Ümumən isə bu gün Xıdırlıda 58 ailə - 225 nəfərin məskunlaşacağı planlaşdırılır.

Beləki, köçürülən ailələrin sayının şəhər və rayonlar üzrə bölgüsü belədir: Bakı şəhərindən 20 ailə (76 nəfər), Bərdə rayonundan 17 ailə (68 nəfər), Ağdamdan 8 ailə (36 nəfər), Mingəçevir şəhərindən 5 ailə (16 nəfər), Yevlax rayonundan 3 ailə (10 nəfər), Qəbələ və Oğuzun hərəsindən 1 ailə (5 nəfər), Ağcabədidən 1 ailə (4 nəfər), Abşeron rayonundan 1 ailə (3 nəfər),Ağdaşdan 1 ailə (2 nəfər).

Mingəçevir şəhərində, Bərdə, Ağdam, Yevlax, Qəbələ, Oğuz, Ağcabədi və Ağdaş rayonlarında məskunlaşmış 37 ailə (146 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda Bakıdan yola düşən köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Qeyd edək ki, bu köç də nəzərə alınmaqla Xıdırlı kəndinə cəmi 188 ailə (737 nəfər) köçürülmüş olacaq.

Seçilən
74
4
teleqraf.com

10Mənbələr