AZ

İki il sonra geri döndü, birillik müqavilə bağladı

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fərid Nəbiyev yenidən Gəncə təmsilçisində çıxış edəcək. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Fərid Nəbiyev ilk dəfə 2022/2023-cü illər mövsümündə "Kəpəz"in şərəfini qoruyub. Futbolçu 30 çempionat oyununda 4 qol vurub və 7 qolun ötürməsini edib.

Nəbiyevin son klubu "Səbail" olub.

Seçilən
99
49
sportinfo.az

10Mənbələr