“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano MLS Ulduzlar Oyununu buraxması səbəbindən bir oyunluq diskvalifikasiya alan Lionel Messinin durumuna dair açıqlama verib.
Publika.az xəbər verir ki, o, bu vəziyyətdən məmnunluğunu bildirib:
“Leo ilə bağlı deyə bilərəm ki, ümid edirik, bu vəziyyət onu daha da motivasiya edəcək. Əslində biz diskvalifikasiyanı gözləmirdik. Amma ümumilikdə bu, bizim üçün yaxşı oldu.