"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano MLS-in müntəzəm çempionatı çərçivəsində "New England Revolution" üzərində 2:1 hesablı qələbədən sonra Lionel Messinin çıxışını yüksək qiymətləndirib.
Operativ Media xəbər verir ki, 38 yaşlı argentinalı futbolçu matçda iki dəfə fərqlənib.
“Mən həmişə deyirəm ki, Leo xüsusi oyunçudur. Mənim üçün o, bu idman növü tarixində ən yaxşı oyunçudur. Bu, inanılmazdır, çünki o, illər əvvəl etdiklərini bu gün də etməyə davam edir. O, həqiqətən də xüsusi oyunçudur və biz onun komandamızda olmasından çox şadıq. Buskets və Messi uzun illərdir bir yerdə oynayırlar, buna görə də bir-birlərini asanlıqla anlayırlar. Onlar bunu ikinci qolda da nümayiş etdirdilər. Serxio, Leonun topu nə vaxt və harada istədiyini çox yaxşı bilir. Bu, bizim üçün böyük üstünlükdür, çünki bu gün asan matç deyildi. Biz bilirik ki, “New England”ın qələbəyə böyük ehtiyacı var idi”, – deyə Maskerano bildirib.
Hazırda “İnter Mayami” 35 xalla Şərq Konfransında 5-ci pillədə qərarlaşıb. “New England” isə 24 xalla 11-ci yerdədir.