AZ

Agentliyin şöbə müdiri: 900 müəssisədə qida nümunələri götürülərək laborator analizlər aparılıb

Bakı, 30 iyul, AZƏRTAC

Məktəbəqədər və ümumi təhsil müəssisələrində qida ilə təminat diqqət mərkəzindədir. İki ildir ki, qidalanma ilə bağlı pilot layihəsi tətbiq olunur. Uşaqların gündəlik qidalanma rasionu vahid menyu ilə tənzimlənir.


AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq çərçivəsində indiyədək 1600 nəfər qida ilə məşğul olan əməkdaş təlimlərə cəlb edilib: “900 müəssisədə qida nümunələri götürülərək laborator analizlər aparılıb. Bu il də 500 müəssisədə təlimlərin təşkili, laborator analizlərin davam etdirilməsi və mətbəxlərdə maarifləndirici plakatların yerləşdirilməsi planlaşdırılır”.

 

Seçilən
24
2
azertag.az

4Mənbələr