AZ

MÜTDA rəsmisi: Bağçaların qida ilə təminatı nəzarətdə saxlanılır

Məktəbəqədər təhsil müəssisələrinin qida ilə təminatı nəzarətdə saxlanılır.

“Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova brifinqdə deyib.

Onun sözlərinə görə, artıq iki ildir qidalanma ilə bağlı pilot layihəsi tətbiq olunur:

"Uşaqların gündəlik qidalanma rasionu vahid menyu ilə tənzimlənir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq çərçivəsində indiyədək 1600 nəfər qida ilə məşğul olan əməkdaş təlimlərə cəlb edilib. 900 müəssisədə qida nümunələri götürülərək laborator analizlər aparılıb. Bu il də 500 müəssisədə təlimlərin təşkili, laborator analizlərin davam etdirilməsi və mətbəxlərdə maarifləndirici plakatların yerləşdirilməsi planlaşdırılır".

Seçilən
8
2
report.az

4Mənbələr