AZ

Bakı Olimpiya Stadionunda daha 1 il futbol izləməyəcəyik  

 Bakı Olimpiya Stadionunda (BOS) ehtiyat meydançaların fəaliyyəti

avqustun əvvəllərində bərpa olunacaq. Bu barədə BOS-un mətbuat katibi Fərid Əsədzadə

məlumat verib.

Onun sözlərinə görə, əsas meydança 2026-cı ilin mayında keçiriləcək tədbirdən

sonra oyunlar üçün hazır vəziyyətə gətiriləcək. Daha əvvəl 2026-cı il dünya

çempionatının Azərbaycan və Fransa milliləri arasındakı D qrupunun seçmə

oyununun BOS-da yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi

açıqlanıb.

BOS 11 - 22 noyabr 2024-cü ildə COP29 tədbirinə evsahibliyi edib.

2026-cı ildə isə Birləşmiş Millətlər Təşkilatının Dünya Şəhərsalma Forumunun

13-cü Sessiyası məhz bu stadionda təşkil olunacaq.

Seçilən
18
6
azerbaijan-news.az

9Mənbələr