AZ

Bakı Olimpiya Stadionunda daha bir il futbol olmayacaq

  Bakı Olimpiya Stadionunda (BOS) ehtiyat meydançaların fəaliyyəti avqustun əvvəllərində bərpa olunacaq.

Bu barədə  BOS-un mətbuat katibi Fərid Əsədzadə məlumat verib.

Onun sözlərinə görə, əsas meydança 2026-cı ilin mayında keçiriləcək tədbirdən sonra oyunlar üçün hazır vəziyyətə gətiriləcək.

Daha əvvəl 2026-cı il dünya çempionatının Azərbaycan və Fransa milliləri arasındakı D qrupunun seçmə oyununun BOS-da yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi açıqlanıb.

Xatırladaq ki, BOS 11 - 22 noyabr 2024-cü ildə COP-29 tədbirinə ev sahibliyi edib. 2026-cı ildə isə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası məhz bu stadionda təşkil olunacaq.// Teleqraf  

Seçilən
21
7
referans.az

8Mənbələr