AZ

Azyaşlını xilas edərkən boğulan Rüfət mühafizəçi imiş - FOTO

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Pirşağı çimərliyində iki nəfər boğulub.

Modern.az-ın məlumatına görə, 2017-ci il təvəllüdlü azyaşlı dənizdə çimərkən batma təhlükəsi ilə üzləşib.

Bu zaman Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Cabbarov onu xilas etməyə çalışıb.

Onların hər ikisi suda boğulub. 

Rüfət Cabbarov Bakı şəhərində mühafizəçi işləyirmiş.

Hər iki faktla bağlı araşdırma aparılır.

1452470

Seçilən
32
1
modern.az

2Mənbələr