Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Pirşağı çimərliyində iki nəfər boğulub.
Modern.az-ın məlumatına görə, 2017-ci il təvəllüdlü azyaşlı dənizdə çimərkən batma təhlükəsi ilə üzləşib.
Bu zaman Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Cabbarov onu xilas etməyə çalışıb.
Onların hər ikisi suda boğulub.
Rüfət Cabbarov Bakı şəhərində mühafizəçi işləyirmiş.
Hər iki faktla bağlı araşdırma aparılır.