Bakı. Trend:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin Azərbaycan Fotoqrafları Birliyi (AFB) ilə keçirdiyi“Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları” adlı beynəlxalqfotomüsabiqəyə yekun vurulub.
Komitə-dən Trend-ə verilən məlumata görə, bu ilin aprel ayındaelan edilən, 44 günlük Vətən müharibəsində və sonrakı bir günlükantiterror əməliyyatında rəşadətli ordumuzun qazandığı zəfərinnəticələrinə həsr olunan müsabiqəyə həvəskar və peşəkar fotoqraflartərəfindən 400-dən çox fotoşəkil təqdim edilib.
Müsabiqənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdəaparılan bərpa-quruculuq işlərini, sosial-iqtisadi inkişafı, BöyükQayıdışın ilkin mərhələsinin gedişini, bölgənin mədəni, tarixi vətəbii irsinin yenidən dirçəldilməsini vizual formada nümayişetdirməkdən ibarət olub.
Müsabiqənin nəticələri paytaxtdakı “Qalereya-1969” sərgisalonunda keçirilən tədbirdə açıqlanıb. Tədbirdə işğaldan azadedilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəliklərinin rəsmiləri, deputatlar, mədəniyyət və incəsənətxadimləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və digərqonaqlar iştirak ediblər. Onlar əvvəlcə AFB-nin münsiflər heyətininmüsabiqənin yekun mərhələsi üçün seçdiyi 44 fotoşəkildən ibarətsərgiyə baxıblar. Sonra Böyük Qayıdışa dair I Dövlət Proqramıəsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinəgeri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat vətəşviqat işləri tədbirləri çərçivəsində fotoqrafların Qarabağa vəŞərqi Zəngəzura infoturundan bəhs edən videoçarx nümayişolunub.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbir iştirakçılarınısalamlayaraq qeyd edib ki, sərgidəki fotoşəkillər həm tarixiyaddaş, həm də gələcək nəsillər üçün vizual sənəd rolunu oynayır.Prezident İlham Əliyevin tapşırıqlarının və Böyük Qayıdışa dair IDövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyatakeçirildiyini bildirən komitə sədri peşəkar və həvəskarfotoqrafların Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılanbərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdaqayıdışı haqqında pozitiv mesajların yayılmasında fəal iştirakınıntəqdirəlayiq olduğunu deyib.
Tədbirdə Milli Məclisin sədr müavini Rafael Hüseynov və deputatCeyhun Məmmədov çıxış edərək, Qarabağda və Şərqi Zəngəzurdatorpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin ərazibütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ilənəticələnən möhtəşəm Zəfərin qazanılmasını Prezident, Müzəffər AliBaş Komandan İlham Əliyevin xalqımız və müstəqil dövlətçiliyimizqarşısında müstəsna xidməti kimi dəyərləndiriblər. Deputatlarfotomüsabiqənin təşkilini alqışlayaraq, Qarabağda və ŞərqiZəngəzurda sürətli yenidənqurma və bərpa işlərinin, Böyük Qayıdışınilk addımlarının fotoyaddaşa köçürülməsinin tarixin ən gözəlsəhifələrində yer alacığını vurğulayıblar.
Daha sonra Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı AqilQurbanov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AFB-ninsədri Amira Süleymanova, AFB-nin üzvü Mirnaib Həsənov, Xalqartistləri Nurəddin Mehdixanlı və Əli Nur tədbirdə çıxış edərək,Böyük Qayıdış prosesinin sürətlə aparıldığı bir zamanda bu cürmüsabiqələrin tez-tez təşkil edilməsini və ölkə başçısınıntapşırığına uyğun olaraq görülən genişmiqyaslı bərpa-quruculuqişlərinin belə maraqlı üsul və vasitələrlə ictimaiyyətə təqdimedilməsini bəyənərək, müsabiqə iştirakçılarının yaradıcılığınıdəyərləndirib, səgilənən fotoşəkillər haqqında təəssüratlarınıbölüşüblər.
Münsiflər heyəti müsabiqəyə qatılan 40-dan çox iştirakçının elanolunmuş mövzulara və texniki parametrlərə uyğun gələn 44 fotosunuseçib. Bunların içərisindən 3 nəfər qalibə diplom və pulmükafatları, 20 nəfərə həvəsləndirici mükafatlar, digəriştirakçılara isə təşəkkürnamələr təqdim edilib. Müsabiqədə I yerə– İlham Mustafayev, II yerə – Rəsul Rəhimov, III yerə – AlpƏr-Tunqa Cabbarlı layiq görülüblər.
Tədbirin sonunda müsabiqə iştirakçıları ilə birgə xatirəfotoşəkli çəkilib.