AZ

“Vugar Gashimov Open 2025”də iki lider

ain.az bildirir, Idman.biz portalına istinadən.

Bakıda Vüqar Həşimov Şahmat Fondunun təşkil etdiyi “Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turniri davam edir.

İdman.biz xəbər verir ki, bu gün yarışda 6-cı turun oyunları keçiriləcək.

5 turdan sonra iki şahmatçı - Azərbaycan təmsilçiləri Tunar Davudov və Şiroğlan Talıbov liderdir. Onlar yüz faizli nəticə - hərəyə 5 xalla yollarına davam edirlər.

Qeyd edək ki, turnir Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən “Chess Tour Azerbaijan” layihəsinə daxil edilib. Sayca 11-ci dəfə keçirilən yarışda 6 ölkədən 206 şahmatçı iştirak edir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
2
icma.az

5Mənbələr