AZ

“Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turniri keçirilir

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vüqar Həşimov Şahmat Fondunun təşkil etdiyi “Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turnirinə start verilib.

İdman.biz xəbər verir ki, sayca 11-ci dəfə keçirilən yarışda 6 ölkədən 206 şahmatçı iştirak edir.

İlk 4 turdan sonra səkkiz iştirakçı hərəyə 4 xalla yoluna davam edir. Əlavə göstəricilərə görə Azərbaycan şahmatçısı Şiroğlan Talıbov birinci, İsrail təmsilçisi Yevgeni Alekseyev isə ikincidir.

Qeyd edək ki, turnir Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən “Chess Tour Azerbaijan” layihəsinə daxil edilib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

5Mənbələr