AZ

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisinsədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibiMartin Çunqonq ilə görüşüb. Görüşdə Azərbaycan RespublikasınınMilli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıqməsələləri nəzərdən keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, spiker Sahibə Qafarova beynəlxalq tədbirlərçərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi və prezidentiilə müxtəlif görüşlərini məmnunluqla xatırladaraq, Milli MəclisləParlamentlərarası İttifaq arasında əməkdaşlığın mövcudvəziyyətindən məmnunluğunu ifadə edib. Bildirilib ki,Parlamentlərarası İttifaq beynəlxalq əməkdaşlıq baxımından səmərəliplatformadır.

Söhbət zamanı Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəalşəkildə təmsil olunması müsbət qiymətləndirilib. Milli Məclisindeputatlarının təşkilatın rəhbər orqanlarında təmsil olunmasındanməmnunluq ifadə edilib.

Görüşdə ötən il Azərbaycanın evsahibliyi ilə keçirilən COP29çərçivəsində Parlamentləarası İttifaq və Milli Məclisin birgətəşkilatçılığı ilə baş tutan parlament konfransının yüksəksəviyyədə təşkil olunduğu bir daha qeyd olunaraq, vurğulanıb ki,tərəflərin birgə əməkdaşlığı ilə bir sıra tədbirlərin uğurlareallaşdırılması əməkdaşlığımızın daha da dərinləşməsinə imkanlaryaradır.

Seçilən
62
34
az.trend.az

10Mənbələr