AZ

Hepatit C müasir dərmanlarla tam müalicə oluna bilir - Səhiyyə Nazirliyinin eksperti

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildənbaşlayaraq hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeydolunur.

Trend xəbərverir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov buvirusla bağlı bəzi suallara aydınlıq gətirib.

Hepatit xəstəliyinin əsas simptomlarıhansılardır?

Qaraciyər orqanizmin “laboratoriyası” hesab olunur. O, qanıntəmizlənməsindən tutmuş maddələr mübadiləsinə, immun müdafiədənhormonların tənzimlənməsinə qədər yüzlərlə funksiyanı icra edir.Lakin, bu mühüm orqanı zədələyən və çox vaxt uzun müddət gizlişəkildə davam edən xəstəliklərdən biri hepatitdir. Hepatitqaraciyərin iltihabı deməkdir və adətən ona viruslar səbəb olur. Buxəstəlik həm qəfil başlayan kəskin, həm də illərlə davam edənxroniki formada özünü göstərə bilər.

Hepatitin əlamətləri çox vaxt yüngül olur və digər xəstəliklərləqarışdırıla bilər. Ən çox rast gəlinən simptomlar yorğunluq,iştahsızlıq, ürəkbulanma, qarının sağ yuxarı hissəsində ağırlıq,sidiyin tündləşməsi və dərinin saralmasıdır. Xroniki hepatitlərdəisə bu əlamətlər bəzən heç nəzərə çarpmır və xəstə uzun müddətvirus daşıyıcısı olduğunu bilmir. Bu səbəbdən hepatit çox vaxt“səssiz xəstəlik” adlandırılır.

Hepatit xəstəliyinin xroniki və kəskin formasıarasındakı fərq nədir?

Hepatitin kəskin və xroniki formaları bir-birindən əhəmiyyətlidərəcədə fərqlənir. Kəskin hepatit adətən yoluxmadan sonrakı ilkaltı ayda inkişaf edir və bəzi hallarda tam sağalma ilənəticələnir. Xəstəliyin kəskin formasında gözdə sarılıq, halsızlıq,qaraciyər fermentlərinin on qat və üzəri yüksəlməsi olur. Xronikihepatit isə altı aydan çox davam edən iltihabdır və qaraciyərdədaimi dəyişikliklər yaradır.

Əksər hallarda kəskin hepatit B-dən sağalsa da, uşaqlaryoluxduğu zaman onların əksəriyyəti xroniki daşıyıcı olur. HepatitB daşıyıcılığı məhz xroniki gedişi nəzərdə tutur, immun sistem vəvirus aralarında balans yaradır, qaraciyər sabit işini təmin edir.Minimal zədələnmə uzun zaman davam edərsə, qaraciyər ehtiyatlarıtükənir və ölmüş hüceyrələr fibrioz toxma ilə əvəzlənir. Bunafibroz, sonrakı mərhələ isə sirroz deyilir.

Hepatit B və C virusları sirroz yaradabilərmi?

Xüsusilə hepatit B və hepatit C xroniki gediş zamanı çoxtəhlükəlidir. Elmi tədqiqatlara görə, dünyada sirroz və qaraciyərxərçəngi hallarının yarıdan çoxunun səbəbi məhz bu iki virusdur.Virus qaraciyər hüceyrələrinə daxil olduqdan sonra immun sistemonları məhv etməyə çalışır. Əslində qaraciyərə əsas zərəri virusdeyil, yoluxmuş hüceyrələri hədəf alan orqanizmin öz müdafiəsistemi vurur. Nəticədə, çapıq toxuması yaranır, qaraciyərin normalstrukturu pozulur və zamanla sirroz inkişaf edir.

Unutmamalıyıq ki, hepatit C xəstəliyində daşıyıcılıq olmaz. Buvirus varsa, demək xronik iltihab və sonluq isə məlumdur - sirroz.Buna görə, hepatit C aşkarlanan istənilən şəxs müalicə almalıdır.Son müasir dərmanlarla hepatit C virusu üç ay ərzində tam sağalabilir. Hepatit B-in isə əgər D virusu yanaşı getmirsə rahatlıqlafəaliyətini bloklamaq mümkündür. Hepatit Delta, yəni D virusu isəhələ də təbabət qarşısında duran əsas ciddi problem olmaqda davamedir.

Hepatit diaqnostikasında hansı testləraparılır?

Diaqnoz üçün bir neçə əsas üsullardan istifadə olunur. Qananalizləri qaraciyər fermentlərinin yüksəlməsini göstərir. Serolojitestlər hepatit markerlərini aşkarlayır, PCR müayinəsi isə virusungenetik materialını müəyyən edir və onun miqdarını ölçür.Qaraciyərin ultrasəs müayinəsi və elastoqrafiya fibrozun dərəcəsinigöstərməyə kömək edir.

Əgər bir insan hepatit A, B, C və ya yeni virus növü E yoluxubsaonda həmişə yaddaş marker anti cismlər qanda qalır və testlərdəaşkara çıxa bilir, virusun qanda olub olmaması isə ancaq PCRdeyilən test ilə dəqiqləşdirilir. Lakin, burada vacib məqam PCRmüəyyən edən laboratiyalarda bu virusun ən minimal səviyyəsinitəyin etməyə imkan verməlidir.

Hepatit virusları ilə yoluxmamaq üçün hansı gigiyenaqaydalarına riayət etmək lazımdır?

Yoluxmamaq üçün profilaktika olduqca vacibdir. Əllərin tez-tezyuyulması, çiy və ya çirkli qidalardan uzaq durmaq, yalnız steriltibbi və kosmetoloji alətlərdən istifadə etmək mühüm qaydalardır.Dırnaq tutan, daraq, diş fırçası, qayçı kimi gigiyenik alətlər ayrısaxlanılmalı və individual olmalıdır.

Hepatit B-yə qarşı vaksinasiya yoluxmadan qorunmağın ən etibarlıüsuludur. Təəssüf ki, hepatit C üçün hələ vaksin yoxdur. Buna görədə, riskli davranışlardan – qorunmamış cinsi əlaqə və ya sterilolmayan iynələrin istifadəsindən qaçmaq lazımdır.

Hepatit xəstələrinin qidalanması necəolmalıdır?

Müalicə ilə yanaşı, hepatit xəstələrinin qidalanması da diqqətdəsaxlanmalıdır. Qaraciyərin yükünü azaltmaq üçün qızardılmış vəyağlı yeməklərdən imtina etmək, spirtli içkilərdən uzaq durmaqşərtdir. Balıq, toyuq, yumurta və paxlalılar kimi yüksəkkeyfiyyətli zülallar qaraciyərin bərpasına kömək edir. Tamtaxıllar, tərəvəzlər və meyvələr enerji və vitamin mənbəyi kimifaydalıdır. Həkim məsləhəti ilə vitamin D və antioksidant dəstəyidə əlavə edilə bilər.

Ən vacib məqam qurudulmuş otlar və ot bitkilərin çaylarındanuzaq durmaq lazımdır çünki hepatit olan qaraciyər zədəli hesabedilir və bu bitki çayları qaraciyərə əlavə toksin yüküdeməkdir.

Hepatitlərdən qorunmaq vaxtında müayinə və vaksinləmümkündür.

Seçilən
23
6
az.trend.az

7Mənbələr