AZ

Bu gün Britaniya Baş naziri ilə Tramp arasında görüş keçiriləcək

London, 28 iyul, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Şotlandiyada ABŞ Prezidenti Donald Trampla görüşəcək.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, danışıqlarda əsas mövzular Qəzzada atəşkəsin təmin olunması və trans-Atlantik ticarət məsələləri olacaq.

Liderlərin, həmçinin Böyük Britaniya ilə ABŞ arasında imzalanmış ticarət sazişinin icrası üzrə irəliləyişləri də nəzərdən keçirməsi gözlənilir.

Dauninq Stritdən verilən açıqlamada bildirilib ki, Baş nazir Yaxın Şərqdə atəşkəsin təcili təmin olunması üçün daha nələrin edilə biləcəyi mövzusunu müzakirəyə çıxaracaq. Görüş Trampın Şotlandiyanın Ayrşir bölgəsində yerləşən Turnberri qolf kurortunda baş tutacaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
50
19
azertag.az

5Mənbələr