Tailandın paytaxtı Banqkokda baş verən silahlı hücum nəticəsində 6 nəfər həlak olub.
APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Tailand polisi bildirib ki, silahlı şəxs ticarət mərkəzinə hücum edərək təhlükəsizlik xidmətinin 5 əməkdaşını qətlə yetirib, daha sonra isə özüün öldürüb.
Polis cinayətkarın şəxsiyyətini müəyyənləşdirilməyə çalışır.
Hadisə ilə bağlı araşdırma aparılır.