EN

Banqkokda silahlı şəxs 5 nəfəri qətlə yetirib, ardınca isə intihar edib

Tailandın paytaxtı Banqkokda baş verən silahlı hücum nəticəsində 6 nəfər həlak olub.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Tailand polisi bildirib ki, silahlı şəxs ticarət mərkəzinə hücum edərək təhlükəsizlik xidmətinin 5 əməkdaşını qətlə yetirib, daha sonra isə özüün öldürüb.

Polis cinayətkarın şəxsiyyətini müəyyənləşdirilməyə çalışır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
20
2
apa.az

3Sources