AZ

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? - RƏSMİ AÇIQLAMA

  "Rusiyanın Amur bölgəsində "An-24" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.


Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində "An-24" sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində bütün sərnişinləri həlak olub.

Seçilən
96
46
referans.az

10Mənbələr