AZ

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? - RƏSMİ AÇIQLAMA

"Rusiyanın Amur bölgəsində "An-24" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində "An-24" sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində bütün sərnişinləri həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
98
46
olaylar.az

10Mənbələr