"Qəbələ" yoxlama oyununda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze klubun saytına açıqlamalar verib:
"İlk olaraq onu deyim ki, futbolçularım xeyli yükləmədədirlər. Buna baxmayaraq, hələ çox işləməli, çox artırmalıyıq. Yeni futbolçularımız da var. Onların da komandaya, oyun üslubuna uyğunlaşma prosesi gedir. Yoxlama oyunları bu baxımdan çox vacibdir. Əlbəttə, səhvlərimiz çoxdur. Üzərində işləməli olduğumuz xeyli məqamlar var. Qalib gəlməyimiz o demək deyil ki, rahat olmaq lazımdır. Rahatlaşmaq əsla yolverilməzdir".
Gürcüstanlı mütəxəssis yeni transferlər haqda da danışıb:
“Bu məsələ hazırda ən vacib məsələlərdən biridir. İdman direktorumuzla yeni transferlərin edilməsi üçün çox çalışırıq. Fərqindəyik ki, güclənmək lazımdır. Həm də düzgün istiqamətdə güclənmək”.