AZ

Kaxaber Sxadadze: “Hələ çox irəli getməliyik”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze bu gün doğma meydanda “Sumqayıt”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Premyer Liqada yeni mövsümə hazırlaşan komandaların Qəbələ şəhər stadionunda baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kaxaber Sxadadze matçdan sonra klubunda rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu yoldaşlıq oyunudur. Burada da vacib anlar var. İlk olaraq onu deyim ki, futbolçularım xeyli yükləmədədirlər. Buna baxmayaraq, hələ çox işləməli, çox artırmalıyıq. Yeni futbolçularımız da var. Onların da komandaya, oyun üslubuna uyğunlaşma prosesi gedir. Yoxlama oyunları bu baxımdan çox vacibdir. Əlbəttə, səhvlərimiz çoxdur. Üzərində işləməli olduğumuz xeyli məqamlar var. Qalib gəlməyimiz o demək deyil ki, rahat olmaq lazımdır. Rahatlaşmaq əsla yolverilməzdir. Çatışmayan çox nüanslar var. Bundan öncəki matçlarda daha yaxşı oynamışdıq. Bu dəfə isə əksər futbolçular 80 dəqiqədən çox meydanda oldular. Hələ çox işləməli, çox irəli getməliyik”.

Kaxaber Sxadadze transferlərə də toxunub: “Transferlər də olmalıdır. Bu məsələ hazırda ən vacib məsələlərdən biridir. İdman direktorumuzla yeni transferlərin edilməsi üçün çox çalışırıq. Fərqindəyik ki, güclənmək lazımdır. Həm də düzgün istiqamətdə güclənmək”.

Seçilən
106
8
arena.az

10Mənbələr