AZ

Jan-Pol Dübua vəfat etdi

Fransız teatr və kino aktyoru Jan-Pol Dübua 74 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə “Sceneweb” məlumat yayıb.

Bildirilib ki, sənətkarın karyerası 40 ildən çox davam edib.

O, 60 film və serialda, o cümlədən "Qurd çənəsi" (1999) və "Kədər və gözəllik" (2015) filmlərində rol alıb.

Dübua teatrda karyerasına 1970-ci illərin sonlarında başlayıb. Sənətçi Vinsent Peres və Penelope Kruz ilə birlikdə çəkildiyi "Fanfan le Tulipe" (2003) macəra filmindəki rolu ilə populyarlığının zirvəsinə çatıb.

Seçilən
92
2
axar.az

9Mənbələr