Fransız teatr və kino aktyoru Jan-Pol Dübua 75 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Sceneweb" məlumat yayıb.
Sənətkarın karyerası 40 ildən çox olub: o, 60 film və serialda, o cümlədən "Qurdun ağzı" (1999) və "Kədər və gözəllik" (2015) filmlərində rol alıb.
Dübua teatr karyerasına 1970-ci illərin sonunda başlayıb. Onun məşhurluğunun zirvəsi 2003-cü ildəki "Fanfan-Tyulpan" macəra filmindəki rolu ilə əlaqəlidir. Həmin filmdə o, Vensan Peres və Penelopa Krusla birlikdə çəkilib.