AZ

Zelenski Putinlə görüşə bilər

Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron İstanbulda Moskva və Kiyev arasında birbaşa danışıqların üçüncü raundunun nəticələrini müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti "Telegram" kanalında məlumat verib.

Bildirilib ki, Ukrayna tərəfinin ən yüksək səviyyədə görüş keçirmək təklifi ilə bağlı cavab gözlənilir.

"Avqustun sonuna qədər ən yüksək səviyyədə görüş keçirmək təklifimizlə bağlı cavab gözləyirik. Avropanın nümayəndələri iştirak etməlidir", - Zelenski yazıb.

Qeyd edək ki, bir gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Rusiya ilə Ukrayna arasında danışıqların Bakıda aparılmasını təklif edib .

Seçilən
100
1
publika.az

9Mənbələr