AZ

Putinlə Zelenski İstanbulda görüşə bilər Tərəflər RAZILAŞDI

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya liderləri Vladimir Putinin görüşü ilə bağlı ümumi razılıq əldə olunub.

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, razılaşma İstanbulda keçirilən üçüncü danışıqlar raundu çərçivəsində müzakirə olunub.

Fidanın sözlərinə görə, tərəflər prezidentlərin Türkiyə ərazisində görüşməsi barədə razılığa gəliblər.

"Biz bu məsələni daha balanslı şəkildə müzakirə etməyə davam etdikcə, mən görüşməyə hazır olduğuqlarını görürəm", - Türkiyənin xarici işlər naziri deyib. O hesab edir ki, tərəflər "eyni ruhda davam etsələr" müvəqqəti həllə nail olacaqlar. Fidan əlavə edib ki, Türkiyə bunun üçün şərait yaratmağa çalışır.

İyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu keçirilib. Ukrayna tərəfi avqustun sonuna qədər Putin və Zelenski arasında görüş keçirməyi təklif edib.

Danışıqlardan sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, dövlət başçılarının görüşündən əvvəl sülh sazişinin detallarını işləyib hazırlamaq lazımdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
modern.az

2Mənbələr