AZ

Türkiyəli aktrisa dələduzluqda ittiham olunur

Türkiyənin məşhur aktrisası Meral Kaplan, Arnavutköy bölgəsində yerləşən bir torpaq sahəsini saxta sənədlərlə satacaqları vədi ilə 23 milyon lirəlik dələduzluğa görə saxlanılıb.

"Ölkə.az" xəbər verir ki, dələduzluq Bürosuna ərizə ilə müraciət edən zərərçəkən E.Y., özünü bir fondun rəhbəri kimi təqdim edən S.Ö. adlı şəxsə Arnavutköydəki torpaq sahəsinin satışı üçün fərqli vaxtlarda ümumilikdə 23 milyon lirə ödədiyini bildirib.

Ancaq zaman keçdikcə satışın həyata keçirilmədiyini görən E.Y., aldadıldığını anlayaraq S.Ö. və onunla birlikdə hərəkət edən şəxslərdən şikayətçi olub.

Dələduzluq Bürosu tərəfindən aparılan araşdırmalar nəticəsində S.Ö. və onunla birlikdə hərəkət edən D.Ö. (28), A.Ş. (38), N.T. (45) və M.D. (26) adlı şəxslər saxlanılıb. Onlarla birlikdə 2 ədəd qeydiyyatsız tapança və çoxlu sayda güllə də ələ keçirilib.

Asayiş Şöbəsində ifadələri alınan şübhəlilərin əvvəllər də müxtəlif cinayət hadisələri ilə əlaqəli olduqları müəyyən olunub. Araşdırmalar zamanı, zərərçəkmiş E.Y. tərəfindən ödənilən 23 milyon lirəlik vəsaitin bir hissəsinin köçürüldüyü bank hesabının aktrisa Meral Kaplana aid olduğu ortaya çıxıb.

Kaplan polis tərəfindən saxlanılıb. Lakin ifadəsində ittihamları qəbul etməyərək, pulun hesabına bir dostu tərəfindən göndərildiyini bildirib. Daha sonra o, məhkəməyə çıxarılıb.

Məhkəməyə təqdim edilən şübhəlilərdən S.Ö., D.Ö. və A.Ş. barəsində həbs qərarı verilib və onlar həbsxanaya göndərilib. Meral Kaplan və digər şübhəlilər isə məhkəmə nəzarəti (adli kontrol) şərti ilə sərbəst buraxılıb.(milli.az)

Seçilən
68
3
olke.az

10Mənbələr