Türkiyəli aktrisa Meral Kaplan polis tərəfindən saxlanılıb, daha sonra isə sərbəst buraxılıb.
BAKU.WS xəbər verir ki, o saxtakarlıq və dələduzluq maddələri ilə ittiham edilib.
Belə ki, aktrisa və dostları İstanbulun Arnavutköy ərazisində bir ərazi satmaq istəyib.
Bir şirkət ərazini almaq üçün aktrisaya müraciət edib. 20 milyon lirəyə razılıq əldə edilib. Ərazi üçün sənədlər hazırlanıb.
Lakin daha sonra satış üçün hazırlanan sənədin saxta olduğu ortaya çıxıb. Şöbəyə gətirilən aktrisa haqqında irəli sürülən iddiaları təkzib edərək yalanlayıb.
Daha sonra o sərbəst buraxılıb.
Qeyd edək ki, Meral Kaplan "Sevda Çiçeği" serialı ilə məşhurlaşıb.