AĞDAM, 26 iyul. TELEQRAF
Ağdamda minik avtomobili ilə SHACMAN markalı yük maşını toqquşub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsi rayonun Xıdırlı kəndi ərazisində baş verib.
Nəticədə minik avtomobilində olanlar - 1981 ci il təvəllüdlü Tağıyev Niyaməddin Tofiq oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Emin Qismət oğlu, 1975-ci il təvəllüdlü Əsgərov Vaqif Nürəddin oğlu, 1976-cı il təvəllüdlü Şükürov Yaşar Vəliyəddin oğlu və 1981-ci il təvəllüdlü Quliyev Cəmaləddin Kərim oğlu ağır xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.