RU

Ağdamda minik avtomobili yük maşını ilə toqquşdu - Xəsarət alanlar var

AĞDAM, 26 iyul. TELEQRAF

Ağdamda minik avtomobili ilə SHACMAN markalı yük maşını toqquşub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsi rayonun Xıdırlı kəndi ərazisində baş verib.

Nəticədə minik avtomobilində olanlar - 1981 ci il təvəllüdlü Tağıyev Niyaməddin Tofiq oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Emin Qismət oğlu, 1975-ci il təvəllüdlü Əsgərov Vaqif Nürəddin oğlu, 1976-cı il təvəllüdlü Şükürov Yaşar Vəliyəddin oğlu və 1981-ci il təvəllüdlü Quliyev Cəmaləddin Kərim oğlu ağır xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
61
teleqraf.com

1Источники