Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək dünya şöhrətli müğənni Castin Timberleykin konserti ilə əlaqədar iş rejimini uzadacaq.
Doğru.az xəbər verir ki, tədbirin saat 20:00-da başlanması nəzərə alınaraq, metro stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə əlavə 2 saat artırılacaq.
Bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq olacaq. Məqsəd konsert iştirakçılarının gec saatlarda ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadə etməsinə şərait yaratmaqdır.
Sərnişinlərə “Koroğlu” stansiyasının 3 və 4-cü çıxışlarından istifadə etmələri tövsiyə olunur.
DOĞRU.AZ