AZ

Metro gecə 2-yə qədər işləyəcək

Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq dünya şöhrətli ifaçı Castin Timberleykin konserti ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

Yenisabah.az xəbər verir ki, tədbirin saat 20:00-da başlanması nəzərə alınaraq, metro stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat uzadılacaq.

Bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq olacaq. Dominos pizza

Məqsəd konsert iştirakçılarının gec saatlarda ictimai nəqliyyata çıxışını asanlaşdırmaq, onları mənzilbaşına rahat və təhlükəsiz çatdırmaqdır.

Konsert məkanına rahat gediş-dönüş üçün iştirakçılara "Koroğlu" stansiyasının 3 və 4-cü çıxışlarından istifadə etmək tövsiyə olunur. 


Telegram kanalımız
Seçilən
65
1
yenisabah.az

10Mənbələr