İsrailin mühasirədə saxlaması səbəbilə Qəzza zolağında son 24 saatda ikisi uşaq olmaqla daha 5 fələstinli acından ölüb.
Operativ Media xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə bununla da acından ölənlərin sayı 127-yə çatıb.
Bölgədə aclıqdan ölənlərin 85-inin uşaq olduğu bildirilir.
Məlumatda həmçinin önümüzdəki bir neçə gündə 40 mininin bir yaşından az körpələr, qalanının isə iki yaşa qədər olmaqla 100 mindən çox uşağın kütləvi ölüm riski ilə üzləşdiyi bildirilir.
Bunun səbəbi isə körpə qidası və qida əlavələrinin çatışmazlığıdır.