AZ

Qəzza zolağında acından ölənlərin sayı 127 yə çatıb

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

İsrailin mühasirədə saxlaması səbəbilə Qəzza zolağında son 24 saatda ikisi uşaq olmaqla daha 5 fələstinli acından ölüb.

APA xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə bununla da acından ölənlərin sayı 127-yə çatıb.

Bölgədə acından ölənlərin 85-inin uşaq olduğu bildirilir.

Məlumatda həmçinin önümüzdəki bir neçə gündə 40 mininin bir yaşından az körpələr, qalanının isə iki yaşa qədər olmaqla 100 mindən çox uşağın kütləvi ölüm riski ilə üzləşdiyi bildirilir.

Bunun səbəbi isə körpə qidası və qida əlavələrinin çatışmazlığıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
4
apa.az

5Mənbələr