AZ

“06”nın vurduğu qadın öldü

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İyulun 25-də saat 13 radələrində İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Hacıhətəmli kəndi ərazisində Arif Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə yolu keçən piyada 55 yaşlı Göyçək Vahidovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
2
qafqazinfo.az

3Mənbələr