AZ

“06”nın vurduğu qadın öldü

İyulun 25-də saat 13 radələrində İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Hacıhətəmli kəndi ərazisində Arif Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə yolu keçən piyada 55 yaşlı Göyçək Vahidovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

"Cebheinfo.az" 

Seçilən
28
2
cebheinfo.az

3Mənbələr