AZ

“Liverpul” klubunun müdafiəçisi zədələrək sıradan çıxıb

İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Co Qomes zədələrək sıradan çıxıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Axilles vətərindən zədələnən 28 yaşlı futbolçu mövsümöncəsi toplanışı buraxmalı olub və təlim-məşq toplanışı keçdikləri Honq-Konqdan İngiltərəyə qayıdıb.

Ötən mövsümün sonlarında dizindən aldığı zədə səbəbindən də futbolçu üç ay kənarda qalmışdı.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün qalibi olub.

Seçilən
40
2
report.az

10Mənbələr