AZ

"Liverpul" Uqo Ekitikeni transfer etdi

İngiltərə Premyer Liqa təmsilçisi "Liverpul" Almaniya Bundesliqa təmsilçisi "Ayntraxt Frankfurt"da çıxış edən fransalı hücumçu Uqo Ekitikeni transfer edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tibbi müayinədən də keçən Uqo Ekitike yaxın günlərdə "Liverpul"un Honq-Konqdakı mövsümöncəsi düşərgəsinə qatılacaq.

2024-2025 mövsümündə Frankfurt forması ilə Bundesliqa, UEFA Avropa Liqası və DFB Pokalda 48 matçda 22 qol vuran və 12 məhsuldar ötürmə verən Ekitike ötən mövsüm də Bundesliqada Mövsümün Komandası seçilib.

Fərid

MİA.AZ

Seçilən
82
50
mia.az

10Mənbələr