AZ

Azərbaycan düyü idxalını 22%-ə yaxın azaldıb

Bu ilin I yarısında Azərbaycan 30 min 692 ton düyü idxal edib...

Poliqon Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 29 milyon 43 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 8 517 ton (21,7 %), dəyər baxımından isə 12 milyon 37 min ABŞ dolları (29,3 %) azdır.

Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,25 %-ni təşkil edib.

Poliqon.info 

Seçilən
66
4
poliqon.info

10Mənbələr