AZ

Azərbaycan qarğıdalı idxalını 38 % azaldı

Bu ilin I yarısında Azərbaycan 36 min 853 ton qarğıdalı idxal edib.

News24.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 13 milyon 940 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 22 min 629 ton (38 %), dəyər baxımından isə 4 milyon 656 min ABŞ dolları (25 %) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.


Seçilən
55
4
news24.az

10Mənbələr