AZ

Kreml Paşinyanın istəyini rədd etdi, “Bakı ilə olacaq” dedi – İrəvana qarşı yeni tapşırıq

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri yerli və xarici mediada maraqla qarşılandı. Səfərin məhz Zəngəzurda “Tramp körpüsü” iddialarının gündəmə gəldiyi, sülh danışıqlarının intensivləşdiyi, Eçmiədzin kilsəsinin siyasi təsir imkanlarının zəiflədildiyi və ABŞ-ın Cənubi Qafqazda fəallığının artdığı bir zamana təsadüf etməsi diqqət çəkir.

Məlumata görə, Paşinyan Rusiya Federasiyasının Altay Respublikasında keçirilən tədbirə qatılıb. Daha sonra rusiyalı həmkarı Mixail Mişustinlə görüşüb. Onların bir sıra ikitərəfli və regional məsələləsi müzakirə etdikləri açıqlansa da, tam təfərrüatlar qeyd edilmir.

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi İlham İsmayıl bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri Zəngəzur dəhlizi ilə birbaşa əlaqəli deyil:

“Faktiki olaraq Paşinyan Kremllə münasibətləri mümkün qədər yumşaltmağa çalışır. 9 may tarixində Rusiya Prezidenti Vladimir Putin onu Moskvada qəbul etmədi. İndi də Paşinyanla təkbətək görüş keçirmək istəmir.


Bu səbəbdən baş nazir Altay vilayətində rusiyalı həmkarı ilə görüşərək iki ölkə arasındakı münasibətləri normallaşdırmağa cəhd edir.


Kreml iqtisadi vasitələrlə Ermənistana təzyiq göstərməyə başlayıb. Eyni zamanda Ermənistan daxilindəki təsir vasitələrini – Apostol kilsəsini və rusiyapərəst müxalifəti də aktivləşdirib.

Bütün bunlar seçkiqabağı dövrdə Paşinyan üçün ciddi gərginlik yaradır. O da bu gərginliyin qarşısını almaq məqsədilə Rusiyaya yaxınlaşmağa çalışır”.

Bizim.Media

Seçilən
58
50
bizim.media

10Mənbələr