Olaylar.az xəbər verir ki, açıqlamaya görə, şübhəli şəxs əldəqayırma partlayıcı qurğu ilə Netanyahuya hücum etməyi planlaşdırarkən yaxalanıb.
Şübhəli barəsində "cinayət törətmək üçün sui-qəsd" və "terror aktı planlaşdırma" maddələri ilə ittiham aktının hazırlanacağı bildirilib. İsrailin aparıcı media orqanı olan KAN-ın xəbərinə görə, sözügedən şəxs təxminən iki həftə əvvəl saxlanılıb. İlkin dindirilmələrdən sonra şübhəli dövlət qurumlarına girməsinə qadağa qoyulması və Netanyahuya yaxınlaşmaması şərti ilə sərbəst buraxılıb.
Qeyd edək ki, bir neçə gün öncə də Netanyahu qidadan zəhərlənmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31