AZ

Tailandla sərhəddə toqquşmalar nəticəsində Kambocada 13 nəfər həlak olub

Tailandla sərhəddə baş verən döyüş toqquşmaları nəticəsində Kambocada 13 nəfər, o cümlədən Kral Silahlı Qüvvələrinin beş hərbçisi həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə yerli “Khmer Times” qəzeti Milli Müdafiə Nazirliyinə istinadən yazır.
 
Bundan başqa, 70 nəfər yaralanıb, onlardan 21-i hərbçi, 50-si mülki şəxsdir.
 
Kamboca hakimiyyəti Preah-Vihea, Oddarmeantyey və Pousat əyalətlərində yüksək riskli zonalardan 35 829 mülki şəxsi təxliyə edib.
 
Seçilən
28
7
moderator.az

8Mənbələr