AZ

Tailandla sərhəddə toqquşmalar nəticəsində Kambocada 13 nəfər həlak olub

Tailandla sərhəddə baş verən döyüş toqquşmaları nəticəsində Kambocada 13 nəfər, o cümlədən Kral Silahlı Qüvvələrinin beş hərbçisi həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə yerli “Khmer Times” qəzeti Milli Müdafiə Nazirliyinə istinadən yazır.

Bundan başqa, 70 nəfər yaralanıb, onlardan 21-i hərbçi, 50-si mülki şəxsdir.

Kamboca hakimiyyəti Preah-Vihea, Oddarmeantyey və Pousat əyalətlərində yüksək riskli zonalardan 35 829 mülki şəxsi təxliyə edib.

Seçilən
24
7
ikisahil.az

8Mənbələr