
“Real Madrid”in hər bir futbolçusu Madrid klubunun yarımfinala yüksəldiyi Klublararası Dünya Çempionatında oynadığı üçün 280 min avro alacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, Kral klubunun futbolçularına yarışın qrup mərhələsində iştiraka görə 50 min avro, pley-off mərhələsində iştiraka görə, 80 min avro, yarımfinal mərhələsində iştiraka görə isə 150 min avro ödəniləcək.
Hazırda İspaniya nəhənginin futbolçuları məzuniyyətdədir. Onlar avqustun 4-də təlim-məşq bazasına qayıdacaq və 15 gün yeni mövsümə hazırlaşacaqlar.