AZ

“Real Madrid” futbolçularına 280 min avro mükafat verəcək

“Real Madrid” klubunun futbolçuları klublararası dünya çempionatındakı nəticələrinə görə 280 min avro məbləğində mükafat alacaqlar.

90deqiqe.Az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, hər bir oyunçuya turnirin qrup mərhələsində iştirak üçün 50 min avro, pley-offa vəsiqə qazandıqları üçün 80 min avro, yarımfinal mərhələsinə yüksəlməyə görə isə əlavə 150 min avro ödəniləcək.

Hazırda “Real Madrid”in futbolçuları istirahətdədir. Komanda avqustun 4-də məşqlərə başlayacaq və 15 günlük hazırlıq prosesindən sonra yeni mövsümə start verəcək. La Liqanın ilk turunda Xabi Alonsonun rəhbərlik etdiyi “kral klubu” avqustun 19-da “Osasuna” ilə qarşılaşacaq.

Seçilən
34
2
90deqiqe.az

10Mənbələr