AZ

Azərbaycanın cüdo millisi EYOF-da Yunanıstan yığması ilə qarşılaşacaq

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışları davam edir.

Operativ Media xəbər verir ki, sonuncu yarış günündə qarışıq komandaların mübarizəsi olacaq.

1/16 final

Azərbaycan – Yunanıstan

Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində (oğlanlar: -60 kq, -81 kq, +81 kq; qızlar: -48 kq, -63 kq, +63 kq) görüşlər təşkil olunacaq. Mübarizəyə 22 yığma (227 cüdoçu) qoşulacaq.  

Qeyd edək ki, təsnifat görüşləri saat 11:00-dan, final bloku isə 18:00-dan etibarən start götürəcək 

Seçilən
64
2
operativmedia.az

4Mənbələr