Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışları davam edir.
Operativ Media xəbər verir ki, yarışın dördüncü günündə iki çəki dərəcəsində Azərbaycanın 2 cüdoçusu mübarizəyə qoşulacaq.
Qızlar
+70 kq, 1/16 final
Zemfira Əliyeva – Mikayla Höllvart
Oğlanlar
+90 kq, 1/8 final
Sübhan Axundov – Miçele Korsika
Qeyd edək ki, təsnifat görüşləri 12:30-dan, final bloku isə 19:00-dan etibarən start götürəcək.