AZ

Rəhman Xəlilov özü danışdı

Azərbaycanlı iş adamı İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilov “Railgo” şirkətinin Moskva ofisində axtarış aparılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bizim.Media xəbər verir ki, Rəhman Xəlilov bu barədə video-müraciət yayımlayıb. O, Rusiyanın “Mash” Telegram kanalının yaydığı məlumatların əsassız olduğunu bildirib.

“Rusiyanın “OOO REILGO” şirkətinin rəhbərliyi olaraq rəsmi şəkildə bəyan edirik ki, 25 iyul 2025-ci il tarixində şirkətimizin ofisində iş prosesi tam normal rejimdə davam edib. Həmin gün ofis və digər obyektlərimizdə heç bir istintaq və ya əməliyyat tədbiri həyata keçirilməyib”, – deyə Xəlilov qeyd edib.

Qeyd edək ki, “REILGO” neft və neft məhsullarının daşınması sahəsində fəaliyyət göstərən Rusiyadakı ən iri şirkətlərdən biridir. (Musavat.com)

Bizim.Media

Seçilən
73
1
bizim.media

10Mənbələr